Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, Pakistan Şiə Alimlər Şurasının sədri Höccətül-İslam vəl-müslimin Seyid Sacid Əli Nəqəvi ABŞ prezidentinin İran İslam Respublikası ilə bağlı son bəyanatına cavab olaraq rəsmi açıqlama yayıb.
O, açıqlamasında bildirib: ABŞ prezidenti iddia etmişdir ki, əgər İran qlobal nizamın bir hissəsi olmasa, vəziyyəti daha da ağırlaşacaq.
Seyid Sacid Əli Nəqəvi bu açıqlamaya cavab olaraq bildirib:
Mövcud qlobal nizam bir növ köləlik, zorla qəbul etdirilən güzəştlər, ədalətsiz şəkildə bölüşdürülən sərvətlər, gizli və aldadıcı sövdələşmələr, məhvə aparan anlaşmalar, iqtisadi hegemonluq və xalqların insan hüquqlarından geri çəkilməyə məcbur edilməsi üzərində qurulmuş bir sistemdən başqa bir şey deyil.
O, İslam İnqilabının məhz belə bir sistemə qarşı və bu cür fəsad və çirkinliklərlə mübarizə məqsədilə meydana gəldiyini vurğulayaraq bildirib: İslam İnqilabı sosial ədalətə, dini dəyərlərə və xalqlar arasında qarşılıqlı hörmətə əsaslanaraq yüksəlmə, izzət və müstəqillik yolunda qətiyyətli addım atmış və bütün təzyiqlərə və ağır sanksiyalara baxmayaraq gündən-günə iqtisadi inkişaf və istehsal artımı istiqamətində hərəkət başlayıb.
Pakistanın görkəmli alimi ABŞ prezidentinin düşüncəsiz çıxışlarına işarə edərək əlavə etdi: Belə bəyanatlar bölgədə baş verənlər və İslam İnqilabının açıq mövqeyi barəsində məlumatsızlıq və səthi baxışın göstəricisidir. İranın dözümlü xalqı artıq qırx ildən çoxdur ki, ən ağır sanksiya və xarici təzyiqlərə qarşı dayanıb və hegemon sistemin heç bir hökmü və təzyiqi altında yaşamayıb. Nə keçmişdə, nə də bu gün.
O, qlobal güclərin müstəmləkəçilik və hegemonluq siyasətinə işarə edərək qeyd etdi: Hegemon güclər, beynəlxalq sionizm və bəzi regional ölkələrin dəstəyi ilə xalqlara yeni növ köləlik forması tətbiq etməyə çalışırlar. Bu səbəbdən, İkinci Dünya müharibəsindən əvvəl və sonra İslam ölkələrində asılı hakimiyyətlər quruldu və böyük regional güclər məqsədyönlü şəkildə parçalandı.
Pakistan Şiə Alimlər Şurasının sədri əlavə etdi: Mövcud qlobal nizam, aldadıcı şüarlardan istifadə etməklə, xəyanətli sövdələşmələrin, məcburi güzəştlərin, iqtisadi tamahkarlığın və insan prinsiplərindən geri çəkilmənin zəminini yaratmışdır. Yaxın Şərqin mərkəzində saxta sionist rejiminin qurulması və son illərdə “İbrahim Müqaviləsi" kimi utancverici addımları bu azğın sistemin bariz nümunələrindəndir.
O, davam edərək vurğulayıb: 1979-cu ildə İran İslam İnqilabı bu ədalətsiz quruluşa qarşı mübarizə aparmaq və İslam ümmətinə izzət, müstəqillik və şərəfini qaytarmaq məqsədilə baş vermişdir. Lakin güzəştlər, keçici maraqlar və kimliksizliyə əsaslanan mühitdə yetişənlər bu inqilabın mahiyyətini və əsasını heç vaxt anlaya bilməzlər.
Höccətül-İslam vəl-müslimin Seyid Sacid Əli Nəqəvi yekun olaraq qeyd edib: ABŞ prezidentinin ard-arda gələn məğlubiyyətlərdən və siyasi uğursuzluqlardan sonra verdiyi düşüncəsiz və hədələyici bəyanatları onların çaşqınlığını göstərir. Əsl həqiqət budur ki, İslam İnqilabı bu gün yalnız İranda deyil, həm də bölgə üzrə güc və sabitlik təhlükəsizlik və xalqların hüquqlarının müdafiəsinin simvolu kimi tanınır və İslam ümməti üçün parlaq və qürurverici bir gələcək qurulacaqdır.
Xəbərin sonu
Rəyiniz